Advertisement

SOCAR və “Baker Hughes” Azərbaycanda sualtı nasosların yığılması üzrə birgə mərkəz yaradacaq

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan
“Azneft” İstehsalat Birliyi və ABŞ-nin “Baker Hughes” şirkəti
Azərbaycanda sualtı elektrik mərkəzdənqaçma sualtı nasoslarının
(Electric submersible pump, ESP) yığılması və texniki xidməti üzrə
birgə mərkəzin yaradılması barədə razılığa gəliblər.

Trend bu
barədə SOCAR-ın məlumatına istinadən xəbər verir.

“Mayın 22-də Bakıda “Baker Hughes” şirkətinin ESP
texnologiyasının Azərbaycanda tətbiqi və elektrik mərkəzdənqaçma
sualtı nasoslarının yığılması, təmiri və texniki xidməti üzrə
ölkədə birgə mərkəzin yaradılması üzrə Öhdəlik Məktubunun
imzalanması mərasimi keçirilib”, – SOCAR-ın məlumatında qeyd
olunub.

Müqavilə “Baker Hughes” şirkətinin Xəzər regionu üzrə direktoru
Karlo Beltram (Carlo Beltrame) və SOCAR-ın “Azneft” İstehsalat
Birliyinin baş direktoru Əli Qurbanov tərəfindən imzalanıb.

“Həmçinin “Baker Hughes” şirkəti ilə bütün hasilat proseslərini
optimallaşdırmaq hesabına səmərəliliyin artırılması və
karbohidrogen hasilatının artırılması barədə razılıq əldə olunub”,
– məlumatda deyilir.

Xatırladaq ki, “Baker Hughes” dünyada neft-qaz xidmətlərinin
(qazma, ehtiyatın qiymətləndirilməsi, yataqların işlənməsi) aparıcı
təchizatçısıdır.

Elektrik mərkəzdənqaçma sualtı nasosları dərinsulu və maili neft
quyularında istifadə olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun