Advertisement

Yaponiyada 5,8 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ qeydə
alınıb.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi
xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Fukusima prefekturasında
yerləşib.

Zəlzələdən əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə
salınıb – yerli sakinlərin mobil cihazlarına yaxınlaşan zəlzələ
barədə xəbərdarlıq göndərilib. Yeraltı təkanlar Fukusima, Miyaqi və
Tokio prefekturaları da daxil olmaqla, şimal-şərq və mərkəzi
Yaponiyanın yeddi prefekturasında hiss olunub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Həmçinin “Fukusima-1” AES-də fövqəladə vəziyyətlə bağlı hər hansı
məlumat verilməyib.