
Bakı. Trend:
Kürdəmirdə 4 otaqlı ev yanıb.
Trend Fövqəladə Hallar
Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Qoçulu
kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı
evin yanar konstruksiyaları 73 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























