Bakı. Trend:
Milli Məclisin növbəti plenar iclası keçirilir.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 6 məsələ
daxildir.
Bunlar aşağıdakılardır:
1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata
keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında
məlumatı.
2. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
3. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət
edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə
Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit
nəql edilməsinə və istehsalına lisenziya tələb olunan
prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).





























