Bakı. Trend:
Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Minskdə Rusiya
prezidenti Vladimir Putini qarşılayarkən Qafqazın təhlükəsizliyi
ilə bağlı çox maraqlı təkliflərinin olduğunu deyib.
Trend xəbər
verir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
Lukaşenko bildirib ki, prezidentlər ilk növbədə təhlükəsizlik
məsələlərini müzakirə edəcək, mayın 24-də isə hökumət üzvlərinin
iştirakı ilə iqtisadi məsələlər gözdən keçiriləcək.
“Fikrimcə, həmişə olduğu kimi təhlükəsizlik məsələləri birinci
planda olacaq. Sabah isə hökumətlərdən olan həmkarlarımızla
birlikdə iqtisadi məsələləri müzakirə edəcəyik. Regionumuz və
Qafqaz ilə bağlı çox maraqlı təkliflərim var. Azərbaycana səfər
zamanı bunları çox ciddi şəkildə müzakirə etdik”, – deyə Belarus
prezidenti qeyd edib.





























