Advertisement

Tramp Baydenlə “oturaq” debat keçirməkdən imtina edib

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezident seçkilərində
rəqibi, ABŞ-nin hazırki prezidenti Co Baydenlə “oturaq” debat
keçirməkdən imtina edib.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bu gün onlar dedilər: biz sizin oturmağınız üçün masalar qoymaq
istəyirik. Bildirdim ki, mən oturmaq istəmirəm”, – Tramp deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenlə Respublikaçılar
partiyasından prezidentliyə real namizəd Donald Tramp arasında ilk
üzbəüz debat iyunun 27-də yerli vaxtla saat 21:00-da Atlanta
şəhərində yerləşən binasında keçiriləcək. Debat “CNN” telekanalı
vasitəsilə canlı yayımlanacaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun