Advertisement

Ölkədə yağıntılı hava davam edir – FAKTİKİ HAVA

Bakı. Trend:

Mayın 24-ü saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər
verildiyi kimi, bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə
olunur.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.

Bildirilib ki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy,
Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ,
Zaqatala, Şəki, Altıağac, Xınalıq, Qusar (Laza), Xaltan, İsmayıllı,
Qrız, Naftalan, Ağcabədi, Ağdam, Tərtər, Mingəçevirdə arabir yağış,
Şahdağda isə sulu qar yağır.

Qrız, Şahdağ, Daşkəsən, Göygöl, Qax, Şəki, İsmayıllı, Lerikdə
duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan
MR-da 20-25, Aran rayonlarında 22-25, dağlıq rayonlarda 9-11,
yüksək dağlıq ərazilərdə isə 2 dərəcəyək isti olub.