
Bakı. Trend:
Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 100 m² olan
birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m²
sahədə və bitişik sahəsi 10 m² olan talvarın taxta atmaları
yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi
yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























