
Bakı. Trend:
Samuxda 5 otaqlı evdə yanğın baş verib.
FHN-dən Trend-ə verilən
xəbərə görə, Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 200 m²
olan kürsülü, birmərtəbəli 5 otaqlı evin mətbəxində 3 p.m mebel
yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 16 m²
sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























