Advertisement

Rusiyada bu il beynəlxalq “Ordu Oyunları” keçirilməyəcək

Bakı. Trend:

Rusiyada bu il beynəlxalq “Ordu Oyunları” keçirilməyəcək.

Trend xəbər
verir ki, bu barədə Rusiya KİV mənbələrə istinadən məlumat
yayıb.

Qeyd olunub ki, oyunların təxirə salınmasına səbəb çox sayda
hərbi qulluqçunun diqqətini yayındırmaqdır.

Rusiya Müdafiə Nazirliyi hələ ki, məsələ ilə bağlı açıqlama
verməyib.

Qeyd edək ki, beynəlxalq “Ordu Oyunları” müxtəlif dövlətlərin
silahlı qüvvələrinin bölmələri arasında keçirilir. İlk dəfə 2015-ci
ildə keçirilən oyunlar sonuncu dəfə 2022-ci ildə 38 ölkənin
iştirakı ilə keçirilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun