Bakı. Trend:
İyulun 4-də keçiriləcək parlament seçkilərindən sonra
Mühafizəkarlar Partiyası hakimiyyətdə qalarsa, Böyük Britaniya
hərbi xidmətə qayıdacaq.
Trend-in məlumatına görə, bu barədə Baş nazir Rişi Sunak “The
Mail on Sunday” qəzetində dərc olunan məqaləsində bildirib.
Siyasi müşahidəçilər üçün sürpriz olan Tori seçki təşəbbüsü
nəzərdə tutur ki, 18 yaşı tamam olandan və məktəbi bitirdikdən
sonra gənc britaniyalı oğlan və qadınların ya silahlı qüvvələrdə 1
il xidmət etməsi tələb olunacaq, və ya 25 gününü (1 il ərzində hər
ay 2 istirahət günü) polis, kommunal xidmətlər və ya səhiyyə
sisteminin işçilərinə kömək edərək, ictimai işlərə həsr etmək,
Plan, məzunların yalnız 10 faizinin birinci variantı seçəcəyini
ehtimal edir.





























