Bakı. Trend:
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza
Prezident İlham Əliyevi təbrik edib.
Trend xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik
Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı
adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi
təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı
arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq
münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan
edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.





























