Bakı. Trend:
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes
Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü
münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi
çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı tarixi
dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi
istiqamətində fəaliyyətimizi davam etdirmək istəyimizi bir daha
ifadə edirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi
xahiş edirəm”.





























