Advertisement

Azərbaycan nümayəndələri NATO PA-nın sessiyasında iştirak edirlər

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiya şəhərində NATO Parlament
Assambleyasının (PA) yaz sessiyası işə başlayıb.

Trend xəbər verir ki, mayın 27-dək davam edəcək sessiyada
alyansa üzv 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri
iştirak edirlər.

Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət,
iqlim və enerji təhlükəsizliyi, Qara dəniz regionunun
təhlükəsizliyi, NATO-nun yeni müdafiə planının həyata keçirilməsi
və digər mövzularda müzakirələr aparılır.

Tədbirdə Azərbaycan Respublikasının NATO yanında
nümayəndəliyinin və Milli Məclisin deputatları iştirak edirlər.