Bakı. Trend:
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan “Tavuş naminə Vətən”
müxalifət hərəkatı tərəfindən ölkənin baş naziri postuna namizəd
kimi irəli sürülüb.
Trend xəbər verir ki, müvafiq qərar bazar günü İrəvanda
keçirilən mitinq zamanı bəyan edilib.
Qeyd edək ki, artıq keşiş öz dini fəaliyyətini dondurmaq və
siyasətə qatılmaq üçün ermənilərin katalikosu II Qaregindən icazə
alıb.





























