Advertisement

Paraqvay Prezidenti Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Prezident
İlham Əliyevi təbrik edib.

Trend xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə Paraqvay
Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi
qardaşlıq salamlarımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına
sülh, xoşbəxtlik və firavanlıq, Paraqvay Respublikası ilə
Azərbaycan Respublikasını birləşdirən dostluq və əməkdaşlıq
əlaqələrinin daim möhkəmlənməsini arzulayıram.

Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bir daha bəyan
edirəm”.