Bakl. Trend:
Litvanın hazırkı prezidenti Gitanas Nauseda prezident
seçkilərinin ikinci turunda 74,43 faiz səslə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş Seçki Komissiyası
məlumat yayıb.
Məlumata görə, onun rəqibi, Baş nazir İnqrida Simonyte 24,06
faiz səs toplayıb. Simonyte artıq məğlubiyyətini etiraf edib və
Nausedanı ikinci dəfə dövlət başçısı olması münasibətilə təbrik
edib.
Litvanın milli radiosu LRT portalı bildirib ki, ikinci turda
seçici fəallığı 49,6 faiz təşkil edib.





























