Advertisement

Azərbaycan bütün planeti birləşdirən bir tədbirə ev sahibliyi edəcək – Rosen Plevneliyev

Bakı. Trend:

Düşünürəm ki, bundan öncəki COP tədbirlərində əldə olunmayan
nailiyyətlər, Azərbaycanda COP29 tədbirində əldə olunacaq.

Bu barədə Trend-ə özəl açıqlamasında Bolqarıstanın sabiq
prezidenti Rosen Plevneliyev deyib.

O qeyd edib ki, COP29 dünyanın ən mühüm və əsas tədbirlərindən
biri olacaq.

“Buradakı məsələlər nəinki bu gün, həmçinin, gələcəyimizlə də
əlaqəlidir. Azərbaycan çox iddialıdır və bütün planeti birləşdirən
bir tədbirə ev sahibliyi edəcək. Biz inanırıq ki, bunun öhdəsindən
layiqincə gələcək.

Amma böyük bir sual var ki, digər ölkələr konsensus üçün
razılaşmağa hazırdır?İnanıram ki, çalışmalar, dünyanın müxtəlif
yerlərindən Azərbaycana gələcək olan dövlət, hökumət rəsmiləri
arasında olacaq müzakirələr, danışıqlar öz nəticəsini verəcək.

Bizim artıq siyasi sənədlərdə qalan sözlərə ehtiyacımız yoxdur.
Hərəkət etməliyik, sözləri praktikaya çevirməliyik. İqlimlə bağlı
nəticəyə, razılaşmaya, maliyyəyə və qlobal konsensusa ehtiyacımız
var. Azərbaycan da bunun üçün səy göstərir”, – deyə sabiq prezident
bildirib.