Advertisement

Füzulidə dördotaqlı ev yandı – Trend.Az

Bakı. Trend:

Füzulidə ev yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.

Bildirilib ki, Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi
sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən
ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.