Advertisement

Küləkli hava şəraiti nəvaxtadək davam edəcək?K

Bakı. Trend:

Mayın 27-də gözlənilən küləkli hava şəraiti haqqında Bakı və
Abşeron yarımadası üçün orta riskli sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, saat 12:00-a olan məlumata əsasən. öncədən verilən sarı
xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında küləyin
maksimal sürəti arabir 19 m/s-yə çatıb.

Müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam
edəcək.