
Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar
minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat
açıqlanıb.
Bu barədə
Trend-ə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA)
bildirilib.
Məlumata əsasən azad olunan ərazilərdə mayın 20-26-da 32 tank
əleyhinə mina, 172 piyada əleyhinə mina, 274 partlamamış hərbi
sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 1 164.9 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti
həyata keçirib.





























