Advertisement

Abşeronda yaşayış binasında partlayış oldu (FOTO/VİDEO)

Bakı. Trend:

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində mənzildə yanğın baş
verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
onüçmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi
sahəsi 46m² olan birotaqlı mənzildə yanğınla nəticələnən
partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə zamanı 1 otağın yanar konstruksiyaları yanıb və partlayış
dalğasının təsirindən mənzil yararsız vəziyyətə düşüb. Xəsarət alan
olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik
tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar
tərəfindən araşdırma aparılır.