Advertisement

Gürcüstan parlamentinin komitəsi prezidentin bu haqda qanun layihəsinə vetosunu ləğv edib

Bakı. Trend:

Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsi mayn 27-də
keçirilən iclasda ölkə prezident Salome Zurabişvilinin “Xarici
təsirin şəffaflığı haqqında” haqda qanun layihəsinə vetosunu ləğv
edib.

Trend xəbər
verir ki, iclas Gürcüstan parlamentinin saytında yayımlanıb.

“Veto komitədə aradan qaldırıldı və müvafiq olaraq bu məsələ
bağlandı”, – deyə səsvermənin yekunlarına əsasən komitənin rəhbəri
Anri Ohanaşvili deyib.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin
şəffaflığı haqqında” qanun layihəsini yekun, üçüncü oxunuşda qəbul
edib. Qanun layihəsi xarici maliyyələşdirilməsi 20 faizi ötən QHT
və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il
bəyannamə doldurmasını tələb edir.

Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də qanun
layihəsinə veto qoymuşdu.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun