Advertisement

BSU-nun rektoru Türk Dil Qurumunun rəhbərini Osman Merti qəbul edib (FOTO)

Bakı. Trend:

Martın 15-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar
Nağıyev Türk Dil Qurumunun rəhbəri prof. Osman Merti qəbul
edib.

Trend xəbər verir ki, rektor Anar Nağıyev qonağı salamlayaraq,
onu BSU-da görməkdən məmnunluğunu ifadə edib. Anar Nağıyev BSU-nun
tarixi, universitetdə tədris və tədqiqatların vəziyyəti barəsində
ətraflı məlumat verib. Rektor BSU-da türk dilinin tədqiqinin mühüm
yer tutduğunu qeyd edərək bu ali təhsil müəssisəsində Türk
araşdırmaları Tədris-Mədəniyyət Mərkəzinin və Türkologiya
kafedrasının fəaliyyət göstərdiyini bildirib. BSU-nun Türkiyə
universitetləri ilə geniş əlaqələrinin olduğunu deyən A. Nağıyev
ötən ilin 31 oktyabr tarixində BSU-nun Ulu Öndər Heydər Əliyevin
anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın
aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə”
konfransı çərçivəsində xarici panel təqdimatları Mərmərə
Universitetinin Türk Araşdırmaları İnstitutunda baş tutduğunu
diqqətə çatdırıb.

Türk Dil Qurumunun rəhbəri prof. Osman Mert səmimi qəbula görə
təşəkkür edərək, qurumun tarixindən, fəaliyyət istiqamətindən söz
açıb. Qonaq Türk Dil Qurumu ilə BSU arasında əməkdaşlıq
əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.

Görüşdə mümkün əməkdaşlıq imkanları, elmi nəşrlərin mübadiləsi,
tədqiqat layihələrinin, o cümlədən birgə konfransların həyata
keçirilməsi məsələləri müzakirə olunub.