Advertisement

Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin
sədri Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu
göndərib.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Müstəqillik Günü münasibətilə Zati-alinizi, dost və qardaş
Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə dost və qardaş Azərbaycan inkişaf edən
iqtisadiyyatı, artan nüfuzu və güclü ordusu ilə regionun qüdrətli
dövlətinə çevrilmişdir. Azərbaycanın bu uğurlu və şanlı
nailiyyətləri təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk xalqı
üçün də qürur və xoşbəxtlik mənbəyidir.

Hər çətinlikdə bir-birinə dəstək olan Türkiyə ilə Azərbaycan
arasındakı dostluq və qardaşlıq bağlarının qarşıdakı dövrdə “Bir
millət, iki dövlət” prinsipi ilə daha da möhkəmlənəcəyinə, qardaş
Azərbaycanın Bayrağının qədim torpaqlarında əbədi olaraq
dalğalanacağına inamım qətidir.

Müstəqillik uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizin
xatirəsini minnətdarlıq hissi ilə yad edirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə ən xoş arzularımı
çatdırır, cansağlığı və firavanlıq diləyirəm”.