Bakı. Trend:
Entso Mareska “Çelsi”nin baş məşqçisi olmağa razılıq verib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, “Lester”in çalışdırıcısı yayda klubunu
dəyişdirməyə hazırdır.
Tərəflər müqavilənin müddətini müzakirə edirlər. Anlaşma 2+1 və
ya 3 illik olacaq.
Qeyd edək ki, “Çelsi” təyinatın gerçəkləşməsi üçün “Lester”lə
kompensasiyanın məbləğini razılaşdırmalıdır.





























