Advertisement

Qazaxıstan XİN 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

Astana. Trend:

Qazaxıstan Xarici İşlər Nazirliyi 28 May – Müstəqillik Günü
münasibətilə Azərbaycanı təbrik edib.

Trend xəbər
verir ki, təbrik Qazaxıstan XİN-in “X” platformasında dərc
olunub.

“Müstəqillik günü münasibətilə Azərbaycan Xarici İşlər
Nazirliyindən olan həmkarlarımıza ən səmimi təbriklərimizi və
qardaş Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq”, –
paylaşımda deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun