Advertisement

İranda beynəlxalq aeroport uçuşları 5 saatlıq dayandıracaq

Bakı. Trend:

İyunun 3-də İranın Tehran şəhərində yerləşən Beynəlxalq Mehrabad
Aeroportu uçuşları 5 saatlıq müddətinə dayandıracaq.

Trend-in məlumatına görə, bunu İranın Mehrabad aeroportunun icra
direktoru İbrahim Moradi deyib.

Onun sözlərinə görə, İran İslam Respublikasının banisi Ayətulla
Ruhulla Xomeyninin vəfatının ildönümü ilə əlaqədar yerli vaxtla
08:00-13:00 aralığında Mehrabad hava limanından uçuşların həyata
keçirilməsi qadağandır.

Moradi bununla əlaqədar bütün hava yolları şirkətlərinə məlumat
verildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, İran İslam Respublikasının banisi Ayətulla Ruhulla
Xomeyni 1989-cu il 3 iyunda vəfat edib.