Advertisement

Bakıda 4 min manatlıq lotereya biletləri oğurlandı

Bakı. Trend:

Bakının Nizami rayonunda 4 min manatlıq lotereya biletləri
oğurlayan şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Nizami rayonunda avtomobillərdən birindən
içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank
kartları və açarlar olan çanta oğurlanıb. Bu barədə zərərçəkən
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat
verib.

Həyata keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli
bilinən 1982-ci il təvəllüdlü Fərid Əliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən
zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə
bilərlər.