
Qazax. Trend:
Xəbər verdiyimiz kimi, Qazaxın 30 ildən sonra işğaldan azad
olunan kəndlərinə jurnalistlərin səfəri başlayıb.
Trend-in Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, media
nümayəndələri artıq Qazaxın işğaldan azad olunan Qızılhacılı
kəndindədirlər.
Media tur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş
tutub. Səfər zamanı ərazi barəsində media nümayəndələrinə ətraflı
məlumat verilir.
Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km
uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan
Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı
Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2)
Azərbaycana qaytarılması təmin edilib.
Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım,
Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə
götürülüb.





























