Advertisement

Nəriman Axundzadə və Musa Qurbanlı milliyə nə vaxt qoşulacaq?

Bakı. Trend:

Azərbaycan millisinin təlim-məşq toplanışına sonradan qoşulacaq
futbolçuların hazırlığa qatılma tarixləri bəlli olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu yığmanın məşqçisi Arif Əsədov
AFFA-nın mətbuat xidmətinə açıqlayıb.

Azərbaycan kubokunun finalında oynayacaq “Qarabağ” və “Zirə”nin
futbolçuları iyunun 3-dən toplanışa başlayacaq. Legioner həyatı
yaşayan müdafiəçi Anton Krivotsyuk və hücumçu Musa Qurbanlı da
həmin gün kollektivə qoşulacaqlar.

Yarımmüdafiəçi Emil Mustafayev Bakıya tez gəlsə, mayın 30-dan
etibarən məşqlərdə iştirak edə biləcək. Digər yarımmüdafiəçi Coşqun
Diniyev və hücumçu Vüsal İsgəndərli bir neçə gündür buradadırlar.
Onlar məşqçilərin verdiyi əlavə məşq proqramı əsasında
hazırlaşırlar.

Milliyə U-21-in 3 üzvü də qoşula bilər. Onların iyunun 11-də
Qazaxıstanla keçiriləcək ikinci yoldaşlıq görüşü üçün əsas
komandaya qoşulması gözlənilir. Qapıçı Yusif İmanov, müdafiəçi
Cəlal Hüseynov və hücumçu Nəriman Axundzadə iyunun 7-də Slovakiya
ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə 21 yaşadək
futbolçulardan ibarət millinin heyətində olacaqlar. Ehtiyac
yaransa, onları Slovakiya ilə qarşılaşmadan sonra əsas milliyə cəlb
ediləcək.

Qeyd edək ki, yığmamız iyunun 7-də Albaniya, 11-də Qazaxıstanla
üz-üzə gələcək.