Advertisement

Aİ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə davam edəcək – Peter Mixalko

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığını daha da
gücləndirmək üçün birgə fəaliyyətini davam etdirəcək.

Trend-in
məlumatına görə, bunun bağlı Aİ-nin Azərbaycandakı səfiri Peter
Mixalko X şəbəkəsində paylaşım edib.

“Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik!
Azərbaycana və onun vətəndaşlarına sülh və firavanlıq arzularımızı
çatdırırıq! Tərəfdaşlığımızı daha da gücləndirmək üçün birlikdə
işləməyə davam edəcəyik!” – deyə paylaşımda bildirilib.