Bakı. Trend:
Dünyanın ən hündür tikilisi olan, Dubaydakı “Bürc-Xəlifə”
qülləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan
Respublikasının dövlət bayrağının rənglərinə bürünüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Dubayda Baş
Konşulluğu məlumat yayıb.
Bayrağımızın bu məşhur qüllənin üzərində əks olunması ölkəmizin
Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə reallaşıb.





























