Advertisement

2 il əvvəl evləndiyi həyat yoldaşını amansızlıqla öldürdü – SƏBƏB…

Bakı. Trend:

İstanbulda Doğukan Uğur adlı şəxs, 2 il əvvəl ailə həyatı
qurduğu 29 yaşlı Zahra Nojiouanın boğazını bıçaqla kəsərək qətlə
yetirib.

Trend xəbər verir ki, qətldən sonra qaçan Uğurun yaxalanması
üçün polis araşdırmalara başlayıb.

Əldə edilən məlumata görə qətlə səbəb cütlük arasında başlayan
mübahisə olub.

Faktla bağlı cinayət işi açılıb.