Advertisement

Bellingem La Liqanın ən yaxşısı olub

Bakı. Trend:

“Real”ın hücumçusu Cud Bellingem La Liqanın ən yaxşı futbolçusu
seçilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu
Madrid klubunda keçirdiyi ilk mövsümdəcə bu uğura nail olub.

İngiltərə yığmasının üzvü İspaniya çempionatında 28 oyunda
meydana çıxıb 19 qol və 6 ötürmə ilə yadda qalıb. O, “Real”la
Çempionla Liqasının finalına vəsiqə qazanıb.

“Barselona”nın futbolçusu Lamin Yamal isə La Liqanın ən gənc
futbolçu nominasiyasında birinci yeri tutub. 16 yaşlı cinah
hücumçusu çempionatda 37 qarşılaşmada 7 qol və 10 ötürmə ilə yadda
qalıb.