Advertisement

AFFA iki baş məşqçini cəzalandırıb

Bakı. Trend:

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, qurum iki baş məşqçi ilə bağlı qərar
verib.

U-14 Liqasında keçirilən “Qəbələ” – “Azart” oyunu bitdikdən
sonra qonaqların baş məşqçisi Səxavət Ağazadə hakimlər briqadasını
təhqir edib. Bu üzdən çalışdırıcı 3 oyun cəzalandırılıb.

U-15 Liqasında keçirilən “Sumqayıt” – “Qəbələ” matçında
qonaqların cəzalı olan məşqçisi Şəhruz Mustafayev oyun ərzində
hakimlərin ünvanına qeyri-etik ifadələr işlədib. Onun cəzasının
üzərinə 5 oyun əlavə edilib.

U-14 Liqasında keçirilən “Şirvansaray” – “Astara”
qarşılaşmasında qonaqların rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu
Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki
zonadan kənarlaşdırılıb. O, 5 oyunluq diskvalifikasiya edilib.