Bakı. Trend:
Belarus və Azərbaycan əmtəə dövriyyəsini 2030-cu ilədək 1
milyard dollara çatdırmaq barədə razılığa gəlib.
Trend Belarus
KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus baş nazirinin
müavini İqor Petrişenko Azərbaycanın Müstəqillik Gününə həsr
olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, iki ölkə istehsal sahəsində əməkdaşlığı
genişləndirmək barədə razılığa gəlib. Belə ki, Azərbaycnda
traktorlarla yanaşı, kommunal, yanğın və digər texnika, eləcə də,
Belarus liftləri yığılacaq.
“Həmçinin, dərman və baytarlıq preparatlarının birgə
istehsalını, eləcə də, Azərbaycan azotu və Belarus kalimundan
qarışıq gübrələrin birgə istehsalını planlaşdırmışıq”, – baş
nazirin müavini deyib.



























