Advertisement

Prezident İlham Əliyev Litva Prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas
Nausedayaya təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Litva Respublikasının Prezidenti vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva əlaqələri xoş ənənələrə malikdir. Hazırda bir
sıra sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün
imkanlar vardır. İnanıram ki, mövcud potensialdan istifadə edərək
xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası
əlaqələrimizin inkişafı, ikitərəfli və çoxtərəfli qaydada
əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə
səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, Litva Respublikasının rifahı
naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.