Advertisement

2023-cü il Paşa Bank üçün rekord oldu

Bakı. Trend:

2023-cü il Paşa Bank üçün rekord oldu.

Trend xəbər
verir ki, bu barədə “PAŞA Bank”ın baş icraçı direktoru və İdarə
Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin
yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“2023-cü il Paşa Bank üçün rekord oldu. Göstəricilər arasında
ilin yekunları üzrə kredit portfelinin, gəlir və mənfəətin rekord
göstəriciləri xüsusən nəzərə çarpır”, – o deyib.

Onun sözlərinə görə, 2021-2023-cü illər ərzində bir sıra əsas
göstəricilərdə mühüm artım nümayiş olunub.

“Aktivlər 56,3 faiz, kredit portfeli 46,5 faiz, kiçik və orta
sahibkarlığın (KOS) kreditləşdirilməsi portfeli 102,2 faiz, müştəri
hesabları 76,3 faiz, məcmu kapital 104,4 faiz, mənfəət 83,7 faiz,
komissiya və yığımlardan gəlirlər isə 78,1 faiz artıb. Əlavə
olaraq, bank aşağıdakı nəticələrə nail olub: KOS seqmenti rəqəmsal
modellər vasitəsilə 298 milyon manat emissiya edib, Rəqəmsal
Faktorinq Platforması çərçivəsində müştərilərə 13,8 milyon manat
kredit verilib, subordinasiya edilmiş borclar formasında 50,8
milyon ABŞ dolları cəlb edilib, kibertəhlükəsizliyə qoyulan
investisiyaların ümumi həcmi 6,5 milyon manat olub”, – o deyib.

Qeyd edək ki, Paşa Bank korporativ bank sektorunda öz
mövqelərini möhkəmləndirməyə və aparıcı banklarla əməkdaşlığı
genişləndirməyə, o cümlədən Amerika banklarının müxbir hesabları
ilə birbaşa əlaqələr qurmağa davam edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun