Bakı. Trend:
Rusiyanın “Krasnodar” klubu Murad Musayevlə yeni müqavilə
imzalanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis 2026-cı ilin mayına
kimi bu komandanı çalışdıracaq.
Musayev 2024-cü ilin mart ayında “Sabah”dan ayrıldıqdan sonra
Rusiya təmsilçisinə rəhbərlik edir. Onunla “öküzlər” 10 matça
çıxıb. Klub qarşılaşmaların 5-də qələbə qazanıb, 2-də isə heç-heçə
edib. Musayevin komandası 3 dəfə məğlubiyyətə üzülüb.
Qeyd edək ki, “Krasnodar” cari mövsümü 56 xalla 2-ci pillədə
bitirib. 1 xal üstün olan “Zenit” isə Rusiya Premyer Liqasının
qalibi olub.





























