Advertisement

Fransa və Almaniya Ukraynada silah zavodu tikmək niyyətindədir

Bakı. Trend:

Fransa və Almaniya Ukrayna ərazisində silah zavodu tikmək
niyyətindədir.

Trend xəbər
verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna qoşunlarının hərbi sursatları
çatışmadığından, Almaniya və Fransa Kiyevi dəstəkləmək üçün
səylərini səfərbər etmək qərarına gəliblər.

Qeyd olunub ki, nə Almaniya kansleri Olaf Şolts, nə də Fransa
prezidenti Emmanuel Makron zavod barədə təfərrüat açıqlamayıb,
lakin Almaniyanın “Rheinmetall AG” adlı silah istehsalçısı fevral
ayında Ukraynada artilleriya sursatları istehsal edən zavod
açacağını bildirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun