Advertisement

Fransız Polineziyasının hakim partiyası Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığı gücləndirmək niyyətindədir – Klif Lussan (VİDEO)

Bakı. Trend:

Fransız Polineziyasının hakim partiyası “Tavini Huiraatira” Bakı
Təşəbbüs Qrupu ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan
partiya üzvü Klif Lussan deyib.

“Səfərimizin məqsədi Bakı Təşəbbüs Qrupu ilə partiyamız arasında
əməkdaşlığı gücləndirməkdirdir. Məqsədimiz ölkəmizin tam
suverenliyini və müstəqilliyini təmin etməkdir”, – deyə Lussan
bildirib.

O, həmçinin Fransanın yeni müstəmləkəçilik siyasəti haqqında
dezinformasiya ilə mübarizə aparmağa çağırıb.

“Biz mediada yayılan məlumatları yoxlamalıyıq”, – deyə Lussan
bildirib.

Qeyd edək ki, bu gün Fransız Polineziyası (Mā’ohi Nui – yerli
dildə) Parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə
ölkənin hakim “Tavını” partiyasının rəhbər heyətinin Azərbaycana
səfəri başlayıb.

Dörd günlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası
arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm,
təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması
imkanlarının nəzərdən keçirilməsidir.

Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə
kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində
fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş
tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində
BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş:
assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata
keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və
Tavini partiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin
müddəalarına uyğun olaraq təşkil olunur.

Qeyd edək ki, “Tavını” partiyası uzun illərdir ki, Fransız
Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik
qazanması uğrunda mübarizə aparır.