Bakı. Trend:
Tayron Lue “Los-Anceles Klippers”lə uzun müddətli müqavilə
imzalayacaq.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, o, NBA-nın ən çox qazanan baş
məşqçilərindən biri olacaq.
Müqavilənin detalları barədə məlumat verilməyib. Lue 2020-ci
ildən komandaya rəhbərlik edir və ilə 7-8 milyon dollar qazanır.
Onun maaş 2 dəfə artırıla bilər. “Klippers” Luenin rəhbərliyi ilə
2023/2024 mövsümdə pley-offun ilk mərhələsində “Dallas Maveriks”ə
uduzub.
Qeyd edək ki, NBA-da ən çox maaş alan mütəxəsis Stiv Kerrdir.
“Qolden Steyt”in baş məşqçisi ilə 17,5 milyon dollar qazanıb.





























