
Bakı. Trend:
Türkiyə Səhiyyə naziri Fahrettin Koca Qazaxıstanın səhiyyə
naziri Akmaral Alnazarova, Qətərin ictimai səhiyyə naziri Hanan
Mohammed əl Kuvari və Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə
görüşüb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Koca, sosial media hesabından verdiyi açıqlamada, 77-ci Ümumdünya
Səhiyyə Assambleyası üçün Cenevrədə olduqlarını qeyd edib.
Açıqlamaya görə, Koca dərman və tibbi cihaz təchizatı, səhiyyə
sərmayələri və xidmət satınalmaları, səhiyyə informasiya sistemləri
və səhiyyə işçilərinin hazırlanması sahələrində qarşılıqlı fayda
əsasında əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını
bildirib.
Müsahibələrində beynəlxalq xəstə müalicəsi fəaliyyətlərinin
Səhiyyə Nazirliyinin zəmanəti altında “HealthTürkiye” brendi
altında həyata keçirildiyini izah edən Koca müalicə üçün Türkiyəni
seçənlərin “HealthTürkiye” internet portalından istifadə
etmələrinin vacib olduğunu qeyd edib.





























