
Bakı. Trend:
Bildiyiniz kimi, 26 may 2024-cü il tarixində Gənclər və İdman
Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə
təşkilatçılığı ilə tarixi şəhərdə, Gəncədə “Yaşıl Dünya Uğrunda
Həmrəylik İli” çərçivəsində “Gəlin birlikdə qaçaq” şüarı altında
kütləvi qaçış marafonu keçirilib..
16+ yaş kateqoriyasında rayondan olan iştirakçılar 6 km, 18+,
40+, 50+, 60+ yaş kateqoriyalarında qalan iştirakçılar isə 11 km
məsafə qət ediblər.
Marafonun sponsorlarından olan Financial Chain Corporation-ın 7
əməkdaşı marafonda böyük həvəslə iştirak edib.
Ölkədə idmanın inkişafına daim dəstək verən korporasiya
bildiyiniz kimi Bakı-Xankəndi Ultra Marafonunun sponsorlarından
biri kimi də çıxış edib.
Azərbaycanda və digər 14 ölkədə güclü nüfuzu olan, qlobal
konsaltinq şirkəti olan FCHAIN Corporation sağlam və aktiv həyat
tərzini təbliğ edən bu kimi təşəbbüsləri dəstəkləməkdən qürur
duyur. Pro Sport Gimanstika Klubunun, gənc və istedadlı gimnast
Züleyxa Şabanovanın rəsmi sponsoru, idman tədbirlərinin fəal
iştirakçısı olan Financial Chain Corporation iş-həyat balansının
vacibliyini vurğulayır və sağlam həyat tərzinin qorunmasında
idmanın əhəmiyyətini önə çəkir.
Korporasiya gənclərə sərmayə qoymağa inanır, çünki onlar
gələcəyi təmsil edirlər və bu inam onların marafon kimi
təşəbbüslərə davamlı sadiqliyində əks olunur. FCHAIN-in ölkədə
idmanın inkişafına verdiyi dəstək şirkətin gənc nəsil üçün daha
parlaq, sağlam və daha uğurlu gələcəyi təşviq etmək üzrə baxış və
missiyasını təcəssüm etdirir.





























