Bakı. Trend:
Sabah saat 08:00-dan etibarən Bakı şəhəri, Azadlıq prospektində
(Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan
hissə) təmir işlərinə başlanılacaq.
Trend bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
(AAYDA) istinadən xəbər verir.
Bildirilib ki, təmir müddətində sözügedən hissədə işlərin
aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər
zolaqlara yönləndiriləcək:
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir
müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları,
təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə
və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”.





























