Advertisement

Baş nazir Əli Əsədov Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 16-da
Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki,
görüşdə XI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çoxlu sayda
ölkədən dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai
xadimlərin bu tədbirdə iştirakı onun nüfuzunun göstəricisi kimi
dəyərləndirilib.

Söhbət zamanı Azərbaycanın müstəqillik dövründə qazandığı
nailiyyətlər və dinamik inkişaf yolu barədə məlumat verilib.
Ölkəmizdə bütün istiqamətlərdə, xüsusilə iqtisadi sahədə aparılan
genişmiqyaslı islahatların müsbət nəticələr verdiyi vurğulanıb.

Görüşdə Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusun dünya
miqyasında yoxsulluğa qarşı mübarizədə uzunmüddətli səmərəli
fəaliyyəti yüksək qiymətləndirilib.