Bakı. Trend:
İrəvanın mərkəzindəki hökumət binasının qarşısında – Respublika
meydanında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti
etiraz aksiyası başlayıb.
Trend xəbər verir ki, etirazçılar avtomobilləri ilə meydana
daxil olaraq oranı zəbt ediblər. Hazırda polis onları sıxışdırıb
meydandan çıxarmağa çalışır.
Qeyd edək ki, mayın 9-dan başlayaraq İrəvanda baş nazir Nikol
Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası
prosesinin dayandırılması tələbi ilə etiraz aksiyaları keçirilir.
Etiraz aksiyasına erməni apostol kilsəsinin Tavuş yeparxiyasının
rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir.





























