Advertisement

Azərbaycan gimnastı İvan Tixonov fərdi çoxnövçülükdə qızıl medal qazanıb

Bakı. Trend:

Martın 16-da Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika
üzrə “AGF Trophy” Beynəlxalq turnirinin qalib və mükafatçılarının
mükafatlandırılması mərasimi olub.

Trend xəbər verir
ki, gimnastların iki turnirin təsnifat mərhələsində çıxışlarının
nəticələrinə əsasən çoxnövçülük və komanda yarışında qalib və
mükafatçılar müəyyən edilib.

“Yeniyetmələr” yaş kateqoriyasında fərdi çoxnövçülükdə Andria
Kelekxsaşvili (Gürcüstan) fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb, İlham Salayev (Azərbaycan) ikinci, Hüseyn Qəhrəmanov
(Azərbaycan) üçüncü yerə çıxıb.

Qızlar arasında “yeniyetmələr” yaş kateqoriyasında fərdi
çoxnövçülükdə qızıl medalı Ulyana Puxova (Qazaxıstan), Leyla
Məmmədzadə (Azərbaycan) gümüş, Albina Əliyeva (Azərbaycan) isə
bürünc medal qazanıb.

“Yeniyetmələr” yaş kateqoriyası üzrə komanda yarışında
Azərbaycan komandası birinci yeri tutub.

Qızlar arasında “yeniyetmələr” yaş kateqoriyası üzrə komanda
yarışında Qazaxıstan komandası birinci, Azərbaycan komandası ikinci
yeri tutmuşdur.

“Yeniyetmələr” yaş kateqoriyasında fərdi çoxnövçülükdə Sərvər
Əbülfəizov (Özbəkistan) birinci, Yuri Emelyanov (Ukrayna) ikinci,
Aydın Əlizadə (Azərbaycan) üçüncü yeri tutub.

Qızlar arasında “yeniyetmələr” yaş kateqoriyasında fərdi
çoxnövçülükdə Kristina Qrudetska (Ukrayna) qızıl, Mədinə Kapbassova
(Qazaxıstan) gümüş, Xədicə Abbaszadə (Azərbaycan) isə bürünc medala
sahib olublar.

Kişilər arasında “böyüklər” yaş kateqoriyasında fərdi
çoxnövçülükdə İvan Tixonov (Azərbaycan) fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb, Vladislav Xriko (Ukrayna) ikinci, Rəsul Əhmədzadə
(Azərbaycan) üçüncü yerə çıxıb.

Qadınlar arasında “böyüklər” yaş kateqoriyasında fərdi
çoxnövçülükdə qızıl medala Lobar Amrillayeva (Özbəkistan), Nazənin
Teymurova (Azərbaycan) gümüş, Əminə Halimarden (Qazaxıstan) isə
bürünc medala layiq görülüb.

Kişilər arasında “böyüklər/gənclər” yaş kateqoriyası üzrə
komanda yarışında Ukrayna komandası birinci, Azərbaycan komandası
isə ikinci yeri tutub.

Qadınlar arasında “gənclər” yaş kateqoriyası üzrə komanda
yarışında Ukraynanı təmsil edən komanda lider, Azərbaycan komandası
ikinci yeri tutub.

Qalib və mükafatçılara mükafatları idman gimnastikası üzrə
beynəlxalq dərəcəli hakimlər – Rza Əliyev, Anjella Abdullayeva,
Sevgi Sarı, Ketevan Bolkvadze, Oksana Sliusarçuk, Oksana Kiosya,
Azərbaycan Gimnastika Federasiyasının (AGF) menecerləri Fuad
Abbasov, Namiq Bədirxanov, Nigar Quliyeva, Elmira Lalayeva təqdim
ediblər.

Martın 15-dən 17-dək Bakıda Milli Gimnastika Arenasında bədii
gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri keçirilir. Yarışda
Azərbaycan, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstanı təmsil
edən 90-a yaxın idmançı iştirak edir.