
Bakı. Trend:
ABŞ-ın Pensilvaniya ştatının şimal-şərqindəki Folls-Taunşip
qəsəbəsində baş verən atışmada şübhəli bilinən şəxs bir neçə nəfəri
girov götürüb.
Trend-in
məlumatına görə, bu barədə “CNN” telekanalı xəbər verib.
Məlumata əsasən, o, Nyu Cersi ştatının Trenton şəhərindəki evdə
barrikada qurdu.
Bildirilib ki, Pensilvaniyada 26 yaşlı Andre Qordon avtomobil
oğurlayaraq ona minib qaçıb. Trentondakı evlərdən birində
saxlanılan girovların sayı hələlik açıqlanmayıb.





























